19 oktyabr 2024 21:20
173

Neapolda G7-yə qarşı nümayiş zamanı iğtişaşlar baş verib

Neapolda G7-yə daxil olan ölkələrin müdafiə nazirlərinin toplaşdığı Yeddilik Qrupuna qarşı aksiya zamanı polislə nümayişçilər arasında gərginlik yaşanıb.

“İki sahil” xəbər verir ki, bu abarədə ANSA məlumat yayıb.

Qeyd edilib ki, nümayişçilər polis əməkdaşlarına daş atmağa başlayıblar. Polislər dəyənək və gözyaşardıcı qazla cavab veriblər. Asayiş tezliklə bərpa olunub.

Nümayişdə 400-dən çox insan iştirak edib. “Corriere della Sera” qəzetinin məlumatına görə, onların arasında Neapolun keçmiş meri Luici De Magistris də var. Nümayişçilər əllərində “Müharibələrinizə qarşı” yazılmış böyük pankart götürüblər. Orada hökumət əleyhinə şüarlar səsləndirilib, hakim “İtaliya Qardaşları” partiyasını faşist meyillərdə ittiham ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”