Misli Premyer Liqasında 10-cu turu çərçivəsində “Neftçi” “Səbail”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, “Sumqayıt”ı “Neftçi”yə dəyişən Samir Abbasovun debut oyununda hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 45+3-cü dəqiqəsində Ramil Şeydayev hesabı açıb. 58-ci dəqiqədə isə Dembo Darbo “ağ-qaralar”ın üstünlüyünü iki topa yeksəldib. O, 67-ci dəqiqədə özünün ikinci, “Neftçi”nin üçüncü qolunu vurub.
Yarışın 81-ci dəqiqəsində Edvin Kuç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Səbail”in futbolçu Samir Abdullayev buraxılan qollardan birinin əvəzini çıxıb.
Bununla da “Neftçi” mövsümdə ilk qələbəsini qazanıb.
Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
18:00. “Neftçi” 3-1 “Səbail”
Qollar: Ramil Şeydayev, 45+3 (1-0), Dembo Darbo 58 (2-0), Dembo Darbo 67 (3-0), Samir Abdullayev 90+3 (3-1)
Qırmızı vərəqə: Edvin Kuç, 81
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”