19 oktyabr 2024 16:45
94

Kahramanmaraşda 4,4 bal gücündə zəlzələ baş verib

Kahramanmaraşın (Türkiyə) Dulkadiroğlu rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 14.41-də baş verib.

Episentri Dulkadirioğlu mahalı olduğu müəyyən edilən zəlzələ yerin 10,53 kilometr dərinliyində baş verib.

Şəhərdə heç bir neqativ hal yaşanmasa da, zəlzələni evlərində hiss edən bəzi vətəndaşlar küçə və prospektlərə axışıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”