19 oktyabr 2024 18:40
77

İspaniyada DAEŞ qrupuna məxsus iki şəxs həbs olunub

Dünən İspaniyanın şimalında DAEŞ terror təşkilatına mənsub olmaqda şübhəli bilinən iki şəxs həbs edilib.

“İki sahil” xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində tutulublar.

Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, o cümlədən zorakılıq və terrorizmi dəstəkləyən mesajlar yazaraq diqqəti cəlb ediblər.

İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.