18 oktyabr 2024 17:57
86

Azərbaycan Neft Fondu bu il 25 tondan çox qızıl alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

"İki sahil” ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin III rübündə Fondun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin III rübündə 12,1 ton qızıl alıb. Belə ki, 1 iyul 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 114,9 ton təşkil etdiyi halda oktyabrın ayının 1-nə bu rəqəm 127 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını ilin əvvvəlindən III rübün sonuna kimi 25,2 ton qızıl alıb.