18 oktyabr 2024 17:37
96

“İşgüzar yazı bacarığı və akademik kommunikasiya” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin dəvəti ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova və şöbə müdiri Vəfa İsmayılova Nazirliyin Aparatı və strukturuna daxil olan qurumların əməkdaşları üçün “İşgüzar yazı bacarığı və akademik kommunikasiya” mövzusunda 2 günlük təlim keçiblər.

“İki sahil” xəbər verir ki, təlim “Azərbaycan dilinin orfoqrafiya qaydalarının düzgün tətbiqi”, “Durğu işarələrinin işlənmə məqamları”, “Rəsmi məktubların hazırlanması”, “İşgüzar yazışmanın məqsədi və əhəmiyyəti”, “Hesabat, qərar, sərəncam və əmrlərin hazırlanması” kimi mövzuları əhatə etmişdir.

Təlimdə işgüzar və akademik kommunikasiyaya dair qəbul olunmuş beynəlxalq standartlar əsasında akademik mətnlərin tərtibi ilə bağlı nəzəri və praktik biliklər verilmişdir.