18 oktyabr 2024 11:23
69

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycanla hər zaman bir olmağa davam edəcəyik

Türkiyə Milli Müdafiə Nazirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir və Azərbaycan xalqını ürəkdən salamlayırıq. Biz “bir millət, iki dövlət” şüarı ilə hər zaman qardaşlarımızla bir olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”