"Barselona"nın zədəli futbolçusu Robert Levandovski sıraya dönüb.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.
Onun oktyabrın 20-də "Sevilya" ilə oyunda meydana çıxacağı bildirilib.
Qeyd edək ki, 36 yaşlı forvard ötən həftə sağ baldır əzələsindən zədə almışdı. Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində 11 oyuna çıxaraq 12 qol vurub və 2 qolun ötürməsini edib. O, hazırda La Liqada bombardirdir. Onun komandası 9 turdan sonra 24 xalla liderdir.