"Benfika"nın türk futbolçusu Kerem Aktürkoğlu karyerasını "Atletiko"da davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Diario Gol" məlumat yayıb.
"Atletiko" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün işləri davam etdirir. İspaniya təmsilçisinin siyahısında bir neçə futbolçu var. Onlardan biri də Kerem Aktürkoğludur. Madrid klubunun baş məşqçisi Dieqo Simeone 26 yaşlı hücumçunun transferini istəyir.
Qeyd edək ki, bu yay "Qalatasaray"dan "Benfika"ya keçən Kerem Portuqaliya təmsilçisi ilə çıxdığı 5 matçda 4 qol vurub və 2 qolun ötürməsini verib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.