"Barselona" və "Real" "Bavariya"nın futbolçusu Alfonso Deyvisi heyətlərinə qatmaqda israrlıdırlar.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Oyunçunun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 23 yaşlı sol cinah müdafiəçisi üçün La Liqanın hər iki klubu mübarizə aparır.
Daha əvvəl futbolçunun Münhen klubu ilə müqaviləni yeniləməmək barədə son qərarını verdiyi və "Real"a keçməyə müsbət baxdığı bildirilirdi.