“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda Bakıda Yunanıstanın “Marussi” kollektivi ilə qarşılaşıb.
Bakı İdman Sarayında oynanılan qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” ilk turda Belçikada yerli “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.