Tomas Tuxelin İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmiləşib.
“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Qurumdan verilən açıqlamada bir neçə namizədlə danışıqlar aparıldığı, sonda isə almaniyalı məşqçinin üzərində dayanıldığı bildirilib.
51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, T.Tuxel buna qədər müvafiq olaraq "Borussiya" (Dortmund), "Bavariya" (hər ikisi Almaniya), PSJ (Fransa) və "Çelsi" (İngiltərə) klublarını çalışdırıb. İngiltərə millisinə isə müvəqqəti olaraq Li Karsli rəhbərlik edirdi.