16 oktyabr 2024 12:33
232

Meksika millisinin kapitanı yığma karyerasını başa vurub

Meksika millisinin kapitanı Andres Quardado yığma karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, ABŞ millisinə qarşı yoldaşlıq görüşü 38 yaşlı yarımmüdafiəçi üçün sonuncu olub.

Meksika bu qarşılşamada 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, A.Quardado millinin heyətində 182 oyunda forma geyinib. O, bu göstəriciyə görə yığmanın rekordçusudur. Yarımmüdafiəçi Meksika millisi ilə 5 dünya çempionatında iştirak edib.