“Mançester Yunayted”in rəhbərliyi sabiq baş məşqçisi Aleks Ferqyusonla müqaviləyə xitam verib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 82 yaşlı mütəxəssis Mançester klubunun rəsmi səfiri idi. Onunla müqaviləyə xitam verməyin əsas səbəbi klubun pula qənaət etmək olduğu bildirilir. A. Ferqyuson həmin vəzifədə ilinə 2.16 milyon funt sterlinq alırdı.
Qeyd olunur ki, “Mançester Yunayted”un rəhbərliyi Aleks Ferqyusonu yenə də klubun oyunlarında görmək istəyir və mütəxəssisin vacib təsirinə malik olduğuna inanır.