15 oktyabr 2024 20:54
270

Samir Abasov: "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm

"Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

“İki sahil” xəbər verir ki, ​bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnunluğunu ifadə edib:

Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:

"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilir. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır".

Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib:

"1-2 oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidirlər. Bunun üçün müəyyən vaxt lazımdır. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra buradan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə bizim düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq".