İngiltərənin "Liverpul" klubu əvəzedici heyətin üzvü Trey Nyoni ilə müqavilə bağlayıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü ötən il "Lester"dən "Liverpul"a keçib.