Almaniya təmsilçisi "Bavariya"nın iki futbolçusu İngiltərənin "Mançester Yunyated" klubunun maraq dairəsinə düşüb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" münhenlilərin heyətində Leroy Sane və Leon Qoretska ilə maraqlanır.
Qoretskanın komandası ilə müqavilə müddəti mövsümün sonunda, Sanenin isə sözləşməsi gələn il başa çatacaq.
Qeyd edək ki, Sane cari mövsüm "Bavariya" forması ilə 4 oyunda 1 qol, Qoretska isə 6 matçda 2 qola imza atıb.