15 oktyabr 2024 13:09
254

Çuameni Fransa millisinin 2006-cı ildən bəri meydandan qovulan ilk kapitanı olub

Orelyen Çuameni 2006-cı ildən bəri Fransa millisinin meydandan qovulan ilk kapitanı olub.

“İki sahil” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin IV turunda, Belçikaya (2:1) qarşı matçın 76-cı dəqiqəsində ikinci sarı vərəqədən sonra paltardəyişmə otağına göndərilib.

Qeyd edək ki, sonuncu dəfə millinin kapitanı kimi Zinəddin Zidan oxşar halla üzləşmişdi. Buna keçmiş yarımmüdafiəçinin DÇ-2006-nın finalında qarşılaşdıqları İtaliya millisinin müdafiəçisi Marko Materatsinin sinəsinə başı ilə zərbə endirməsi səbəb olmuşdu.