Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" müzakirə olunur