Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.
“İki sahil” xəbər verir ki, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu gün Cəlilabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-21015"in sərnişini, ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, FHN-in Cəlilabad Rayon Hissəsinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" müzakirə olunur