11 oktyabr 2024 18:37
103

35 dəqiqəlik görüş...

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“İki sahil” xəbər verir ki, təxminən 35 dəqiqə davam edən görüşdə humanitar vəziyyət, ədalətli və sabit sülhün yolları, ölkədə dini həyatla bağlı məsələlər, eyni zamanda, ukraynalı məhbusların geri qaytarılması üçün atılacaq addımlar müzakirə olunub.

“Rusiya tərəfindən əsir götürülmüş ukraynalıların vətənə qayıtması ilə bağlı biz Müqəddəs Taxt-Tacın köməyinə ümid edirik”, - deyə Volodimir Zelenski bildirib.

Bu, Ukrayna Prezidentinin Vatikanda Papa Fransisklə sayca üçüncü görüşüdür.

Qeyd edək ki, Volodimir Zelenski “Qələbə Planı”nı müzakirə etmək üçün son bir neçə gündə Avropanın müxtəlif ölkələrinə səfər edib.