05 oktyabr 2024 12:48
96

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi müəllimlərimizi təbrik edib

Müəllimlər bizim gələcəyimizi formalaşdırır: onlar öyrədir, həvəsləndirir və ruhlandırır.

“İki sahil” xəbər verir ki,  bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi “X” hesabında yazıb. “Azərbaycanın bütün müəllimlərini peşə bayramları münasibətilə təbrik edir, onlara fədakarlıq tələb edən bu yolda uğurlar arzulayırıq”, - paylaşımda bildirilib.

Azərbaycanda 5 oktyabr Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.