05 oktyabr 2024 10:36
97

Ötən gün xeyli sayda silah-sursat aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında xeyli sayda silah-sursat aşkarlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, həmin müddətdə 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.