02 oktyabr 2024 23:20
94

Əli Əsədovun Belarusa səfəri başlayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, onu hava limanında Belarus Baş nazirinin müavini İqor Petrişenko, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və bir sıra rəsmi şəxslər qarşılayıb.