02 oktyabr 2024 16:23
74

Afrika xalqlarına qarşı təzyiqin birbaşa şahidi olmuşam - Kemi Seba

Fransa Qarabağ mövzusunda Azərbaycana humanistlik dərsi keçməyə çalışır, lakin özü dənizaşırı ölkələrdə humanizmdənkənar müstəmləkə siyasəti aparır. Afrika xalqlarına qarşı təzyiqin birbaşa şahidi olmuşam.

“İki sahil” xəbər verir ki, bu barədə Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba mətbuat üçün keçirilən brifinqdə deyib.

"Mən bura Azərbaycanlı yoldaşlarımla bərabərhüquqlu müzakirələr aparmağa gəlmişəm. Mən Fransada böyümüşəm və orada fransızların qaradərili insanlara göstərdiyi irqçi davranışların şahidi olmuşam. Siyasi jurnalist olaraq çalışanda Fransanın müstəmləkəçiliyinin Afrikaya necə təsir etdiyini gördüm. Afrikanın qiymətli mineral resursları Fransa tərəfindən istismar olunur. Fransa Afrikaya “kukla” rəhbərlər yerləşdirirdi.

Bu təzyiqlərə qarşı reaksiya göstərərək, mən öz təşkilatım çərçivəsində müstəmləkəçiliyə qarşə hərəkatlanmağa çalışdım. Bu tarixi hərəkatlanma idi. Əgər Fransa bizim torpaqlarımızı hərbi yolla işğal edirsə, suverenlikdən danışıla bilməz. Fransa tam olaraq irqçi və müstəmləkəçi bir ölkədir. Biz hərəkatlarımızı davam etdirməliyik. Afrikalıların birliyi bizim üçün prioritetdir”, - deyə o bildirib.