02 oktyabr 2024 17:01
97

Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik Konfransının keçiriləcəyi ölkə məlum olub

Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağı 2025-ci ildə Sinqapurda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29 illik Konfransı və Ümumi Yığıncağının bağlanış mərasimində Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq Sinqapurda hazırlıq işlərinə başlanılıb.

Sinqapurun Baş prokuroru Lüsyen Vong çıxış edərək 30-cu İllik (Yubiley) Konfrans və Ümumi Yığıncaqda Azərbaycanın geniş təcrübəsindən istifadə olunacağını vurğulayıb.

K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapurun Baş prokuroru Lüsyen Vonga təqdim edib.