İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Ev əlavə edib ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf olunmasında iştirak edib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.