01 oktyabr 2024 12:59
107

Elnur Soltanov: Kiçik ada dövlətləri təzyiqlər altında yox olmağa başlayırlar

“Kiçik ada dövlətləri artıq təzyiqlər altında yox olmağa başlayırlar”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Ədalətli Keçid Tərəfdaşlığı və İnvestisiyaların stimullaşdırılmasının gündəliyi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, kompensasiya almaq üçün müraciət edən ölkələr var: “Barbarosun baş naziri kompensasiya üçün çağırış edib. O bunu onunla əsaslandırıb ki, elə bil gəlirlər bizim evimizi yandırırlar, buna görə də bizə kompensasiya ödənilməlidir. Ada ölkələri keçid üçün kompensasiya tələb edirlər. Ədalətli keçid deyəndə müxtəlif bacarıqları, ümumi differensial cavab tədbirlərini nəzərdə tuturuq. Öhdəliklər eyni olmadıqda nələr edilməlidir, bu araşdırılmalıdır. Keçidə görə kənarda qalanlar həssas qruplardır. “Yaşıl dünya naminə ədalətli keçid” şüarına əsasən həmin həssas qruplar da nəzərə alınmalıdır”.