01 oktyabr 2024 12:20
103

Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük

“COP29 sədrliyi kimi gələcəyə olan baxışımız iddiaların gücləndirilməsidir”.

“İki sahil” xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Ədalətli Keçid Tərəfdaşlığı və İnvestisiyaların stimullaşdırılmasının gündəliyi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, COP29-un əsas mövzusu maliyyə olacaq: “Keçid ədalətli olmalıdır. COP29 sədrliyi kimi 14-ə yaxın təşəbbüs irəli sürmüşük. Bu təşəbbüslər bütün sahələri əhatə etmək üçün formalaşdırılıb. Yerli çempion kimi mənim fəaliyyətim qeyri-dövlət aktorlarını bura cəlb etməkdir. Biz özəl sektoru bura cəlb etməyi düşünürük”.