30 sentyabr 2024 12:36
86

Almaniya Bundestaqının deputatından “Şimal axını” AÇIQLAMASI

Almaniya Bundestaqının deputatı Şteffen Kotre hesab edir ki, ölkə rəhbərliyi fəaliyyəti pozulmuş “Şimal axını”nın bərpasına başlamalıdır.

“İki sahil” xəbər verir ki. bu haqda RT məlumat yayıb.

“Bu, elə böyük investisiyalar tələb etməyəcək ki, sanki biz yenisini tikmək qərarına gəldik” deyə Kotre Rusiya Enerji Həftəsində bildirib.

Bundan əvvəl “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alice Weidel “Şimal axını” boru kəmərinə qarşı həyata keçirilən təxribatından sonra Ukraynadan dəymiş ziyanı ödəməyi tələb edib.