28 sentyabr 2024 19:29
314

Nazir: Belə yarışlar Azərbaycan şahmatçılarının nəticələrinə müsbət təsir edir

"Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar".

“İki sahil” xəbər verir ki,  bunu Şuşada başa çatan şahmat üzrə Vüqar Həşimov Memorialının ardından jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib. O, bu cür turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıb: "Ümumilikdə 10-cu dəfə təşkil olunan Memorialın yubileyi Şuşada keçirildi. Böyük turnirə görə Azərbaycan Şahmat Federasiyasına və mərhum şahmatçı Vüqar Həşimovun ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu, Şuşada keçirilən ikinci şahmat yarışı idi. 2 il əvvəl "Shusha Chess" turniri də Şuşada baş tutmuşdu. Bu cür turnirlərin tez-tez keçirilməsi müsbət haldır. Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar. Belə yarışlar Azərbaycan şahmatçılarının nəticələrinə müsbət təsir edir".

Qeyd edək ki, Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi 19 xal toplayan rusiyalı Yan Nepomnyaşi olub.