Argentina millisinin və İngiltərənin “Aston Villa” komandasının qapıçısı Emiliano Martinez iki oyunluq cəzalanıb.
“İki sahil” xəbər verir ki, Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytına istinadən xəbər verir ki, buna qolkiperin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili üzərində qazanılan qələbədən sonra (3:0) etdiyi nalayiq jest səbəb olub. Buna görə də FIFA E. Martinezi iki oyunluq diskvalifikasiya edib. O, seçmə mərhələdə Venesuela və Boliviya ilə keçiriləcək oyunlarda forma geyinməyəcək.