27 sentyabr 2024 16:19
82

"Liverpul"un qapıçısı məşqlərə başlayıb

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker məşqləri bərpa edib.

"İki sahil"in xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot bildirib.

Mütəxəssis qolkiperin komandanın sıralarına qayıtmağa hazır olduğunu söyləyib. 31 yaşlı braziliyalı zədə səbəbindən İngiltərə Premyer Liqasında "Bornmut" (3:0) və "Vest Hem" (5:1) komandalarına qarşı matçları buraxmalı olub.

Qeyd edək ki, A.Beker ötən mövsüm əzələsindən ciddi zədə alıb.