27 sentyabr 2024 14:10
90

"Fənərbaxça"da 2019-cu ildən sonra bir ilk

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç UEFA Avropa Liqasında "Union"la (Belçika) oyunda performansı ilə diqqət çəkib.

“İki sahil” xəbər verir ki, xorvatiyalı qolkiper “Fənərbaxça”da 2019-cu ildən sonra bir ilkə imza atıb.

O, oyunun 90+2-ci dəqiqəsində rəqib futbolçusu Franko İvanoviçin vurduğu penalti zərbəsini dəf etməyi bacarıb.