27 sentyabr 2024 13:55
88

Məşqçi 5 oyunluq cəzalandırılıb

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.

"İki sahil"in AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Futbolçu I Liqanın III turunda keçirilən MOİK - “Difai” matçının (2:2) 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.

MOİK komandası isə buna görə 400 manat cərimələnib.