27 sentyabr 2024 10:03
77

Yaqo Aspas "Selta"nın tarixində ən çox oyun keçirən ikinci futbolçu ünvanına yiyələnib

İspaniya təmsilçisi "Selta"nın futbolçusu Yaqo Aspas klub tarixində ən çox oyun keçirən ikinci futbolçu ünvanına yiyələnib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bunu La Liqanın 7-ci turunda, evdə "Atletiko"ya qarşı matçda reallaşdırıb. O, yetirməsi olduğu "Selta"da 500-cü oyununa çıxıb. Klub tarixində ən çox oyun keçirən futbolçu isə Manolodur. 76 yaşlı sabiq futbolçu 533 matça çıxıb.

Qeyd edək ki, "Selta" - "Atletiko" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.