Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycanın “Qarabağ” futbol komandasının UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenham”la bugünkü oyununda uğurlar arzulayıb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!”, – paylaşımda qeyd olunub.