"Real"ın prezidenti Florentino Peres klubun baş məşqçisi Karlo Ançelottiyə yeni uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, buu barədə "AS" nəşri məlumat yayıb. Bildirilir ki, Peres kluba ikinci gəlişində kuboklar qazanmağa davam edən və əməkdaşlığı daha sərfəli şərtlərlə qəbul etməyə hazır olan Ançelottinin işindən məmnundur.
Qeyd edək ki, italiyalı mütəxəssisin Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.