"Barselona" yarımmüdafiəçisi Mark Bernalla yeni müqavilə üçün sənədlər hazırlamağa başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat verib. Bildirilib ki, yeni müqavilə 2029-cu ilin iyun ayına qədər davam edəcək. Yeni təzminat qiyməti 500 milyon avro təşkil edəcək.
17 yaşlı futbolçu bu mövsüm 3 oyuna çıxıb.