Argentina millisinin futbolçusu Lionel Messi "İnter Mayami" klubu ilə müqaviləni yeniləməyəcək.
"İki sahil" "El Nacional"a istinadən xəbər verir ki, hücumçu 2025-ci ilin sonunda ABŞ təmsilçisindən ayrılacaq.
37 yaşlı ulduz futbolda ilk addımlarını atdığı “Nyuells Old Boys”da karyerasını başa vurmaq üçün vətənə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, L.Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, bu müddətdə meydana çıxdığı 32 oyunda 27 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.