UEFA Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start verilib.
“İki sahil” xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun günündə 9 qarşılaşma baş tutub. Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin maraqla gözlənilən oyunlarından biri də İngiltərədə baş tutub. “Mançester Yunayted” Niderlandın “Tvente” komandasını sınağa çəkib. Matç qollu heç-heçə ilə nəticələnib - 1:1.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
“AZ Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) - 3:2
“Budo-Qlimt” (Norveç) - “Portu” (Portuqaliya) - 3:2
“Mançester Yunayted” (İngiltərə) - “Tvente” (Niderland) - 1:1
“Qalatasaray” (Türkiyə) - PAOK (Yunanıstan) - 3:1
“Dinamo” (Kiyev, Ukrayna) - “Latsio” (İtaliya) - 0:3
“Ludoqorets” (Bolqarıstan) - “Slaviya” (Praqa, Çexiya) - 0:2
“Midtüllann” (Danimarka) - “Hoffenhaym” (Almaniya) - 1:1
“Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya) - 1:1
“Anderlext” (Belçika) - “Ferentsvaroş” (Macarıstan) - 2:1
Qeyd edək ki, Liqa mərhələsində ilk turun digər 9 görüşü bu gün keçiriləcək.