“Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Dünyanın ən güclü çempionatında iştirak edən bir komandaya qarşı oynayacağıq. Biz oyuna hazırıq və düzgün, səliqəli oynamağa çalışacağıq.
“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenhem”ə qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib. Qurban Qurbanov bildirib ki, bu böyük bir təcrübədir: “Belə bir stadionda, azarkeşlərin qarşısında oynamaq hər bir futbolçumuz üçün dəyərli bir təcrübədir. İnşallah sabah güclü oyun göstərməyə çalışacağıq”,- deyə o, qeyd edib.
Baş məşqçi “Qarabağ”ın 2015-ci ildə “Tottenhem”ə 1:3 hesabı ilə uduzduğu oyun barəsində də danışıb. O qeyd edib ki, 2015-ci ildəki “Tottenhem” bugünkü komandadan çox fərqlidir və tamamilə başq fəlsəfəyə malikdir. Qurban Qurbanov deyib ki, indi rəqibin oynadığı futbol daha sürətli və dinamikdir.