"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus zədəli futbolçusu Neymarın durumu haqqında danışıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun meydana çıxmağa hazır olmadığını deyib:
“Neymar təkcə "Əl-Hilal" üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı çempionatı üçün çox vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda Neymarın vəziyyətini yenidən qiymətləndirəcəyik”.
Qeyd edək ki, futbolçu 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib. Kluba qoşulduqdan sonra Neymar cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.