25 sentyabr 2024 17:21
290

"Tottenhem"in futbolçusu "Qarabağ"la oyundan əvvəl: Bu mövsümə çox köklənmişəm

"Bu mövsümə çox köklənmişəm."

“İki sahil” xəbər verir ki, bunu "Tottenhem"in futbolçusu Son Hın Min İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

O, yeni müqavilə ilə bağlı London təmsilçisi ilə hələlik danışmadığını bildirib: "Bu mövsüm çox yarışlarda iştirak edirik. Mənə elə gəlir ki, buna daha çox diqqət yetirməliyik. Gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Amma klub üçün hər şeyi edəcəyəm. 10 ildir bunu edirəm".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.