"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında 44 ildən sonra yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, 65 yaşlı mütəxəssis buna La Liqanın VII turunda "Alaves"ə qalib gəlməklə (3:2) nail olub. Ançelotti paytaxt təmsilçisi ilə çempionatda ardıcıl 39 matçda uduzmayıb. Əvvəlki rekord "Real Sosyedad"ın sabiq baş məşqçisi Alberto Ormaeçaya məxsus olub. 2005-ci ildə 66 yaşında dünyasını dəyişən mütəxəssis 1979-1980-ci illər aralığında Bask klubu ilə 38 qarşılaşmada uduzmayıb.
Qeyd edək ki, "Real"ın hazırkı uğuru La Liqa tarixində ikinci ən uzun seriyadır. "Barselona" 2017-2018-ci illərdə 43 görüşdə yenilməyib. Lakin həmin müddətdə komandada Luis Enrike və Ernesto Valverde baş məşqçi işləyib.