23 sentyabr 2024 22:06
83

Yalçın Rəfiyevlə Sergey Verşin COP29 gündəliyini müzakirə edib

Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Yalçın Rəfiyevlə Sergey Verşinin noyabrda Bakıda keçiriləcək COP29 öncəsi iqlim gündəliyini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında bildirilir.

“Həmçinin Nyu-Yorkda keçirilən BMT-nin "Gələcək üçün Zirvə" sammitinin cari məsələləri, eləcə də bu kontekstdə toplantıda təsdiq edilmiş “Gələcək Paktı”nın əsas prinsipləri müzakirə olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun ekoloji və enerji əməkdaşlığının inkişafı qeyd edilib”, - Rusiya XİN əlavə edib.