2014-ci il dünya çempionu Lukas Podolski 7 aydan çox çəkən fasilədən sonra fərqlənib.
“İki sahil” xəbər verir ki, 39 yaşlı hücumçu “Qurnik Zabje”nin Polşa çempionatının 9-cu turu çərçivəsində GKS-yə 3:0 hesabı ilə qalib gəldiyi oyunda 2 qol vurub.
Əvvəllər “Bavariya”, “Arsenal”, “İnter” və “Qalatasaray” kimi klubların şərəfini qorumuş Podolski 2021-ci ildən vətənində “Qurnik Zabje”də çıxış edir. O, 2004-2017-ci illərdə 130 oyunda (49 qol) Almaniya millisinin formasını geyinsə də, Polşada anadan olub.