Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb. Komanda Toni Popoviçə tapşırılıb.
51 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib.
Avstraliya yığması DÇ-2026-nın seçmə turnirinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).
Məşqçilik karyerası ərzində Popoviç “Kristal Pelas”, Yunanıstan və Türkiyə millilərində çalışıb.