İngiltərənin "Mançester Siti" klubunun üzvü Rodri 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb.
O, Premyer Liqanın V turunda "Arsenal"a (2:2) qarşı keçirilən matçda sıradan çıxıb.
İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan oyunçu cari mövsüm ölkə çempionatında 3 oyun keçirib.
O, meydana çıxdığı qarşılaşmalarda fərqlənə bilməyib.