23 sentyabr 2024 12:17
78

Qarabağ Universitetinin yaranması tarixi hadisədir

Anamız Azərbaycanın ayrılmaz hissəsi, ürəyi olan Qarabagımız həm  təbii gözəlliyi, həm zəngin tarixi, həm də sənət, mədəniyyət incisi ilə zaman-zaman diqqət çəkmiş, düşmən bagrına od salmış, gözünə ox kimi   batmışdır. Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri ,görkəmli ədibləri,  ədəbiyyatşünasları , filosofları, musiqiçiləri və digər tanınmış şəxsləri ilə töhfə verib.          Tarixə    nəzər salsaq, Qarabagda ilk ali təhsil müəssisəsi keçən əsrin 60-cı illərindən- 1969 - cu ildən Azərbaycan Pedaqoji İnstitutunun filialı  kimi Qarabağı mızın mərkəzi sayılan Xankəndi şəhərində   fəaliyyətə başlamış, 1973-cü ildən isə müstəqil olaraq fəaliyyət göstərmişdir. 1988-ci ilədək fəaliyyətini davam etdirmiş, ərazilərimizin işğalı  dövründə isə fəaliyyətini dayandırmışdır. Onu da qeyd edək ki, bu institut sovet dövründə  Qarabağda fəaliyyət göstərən yeganə təhsil ocağı olub. Bədnam niyyətli qonşularımız bunu həzm edə bilməmiş, müxtəlif yollarla nə qədər iyrənc əməllərə əl atsa da heç biri baş tutmamışdır.

İlk ali təhsil ocağının yerləşdiyi Xankəndi - inzibati cəhətdən şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur. Tarixi araşdırmalara görə, şəhər 18-ci əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Az bir müddət keçdikdən sonra Xankəndi adını alır. 20-ci əsrdən isə Azərbaycanın yeni sənaye və mədəni mərkəzi kimi inkişaf edir. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 26 dekabr 1991-ci ildə işğal edilmişdir.

 30 ildən çox davam edən işgal dövründə  xalqımızın başına gətirilən dəhşətlər, cinayətlər, vəhşiliklər tarixin qan yaddaşındadır. Heç vaxt silinməyən nəsildən - nəslə ötürülən bu yazılarda körpələrimizin fəryadı, qocalarımızın ahı, qız-gəlinləri mizin tapdanmış isməti dil açır, düşməni bagışlamamağa, intiqama səsləyir. Bütün bunlardan doymayan vəhşi vandallar mədəni irsimizə də xüsusi qəddarlıqla məhv etmişlər. Belə bir qəsbkar millətə ancaq öz qələbə və uğurlarımızla cavab verərək, sinəsinə dağ çəkə bilərdik.

Artıq səbir kasası dolmuş xalq ayağa qalxdı.Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 20-dən başlayaraq, noyabrın 10-dək davam edəm müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü,şanlı Zəfər qazandı,tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Hər birimiz üçün şəhidlərimizin qanı bahasına qazanılmış bu qələbə qürür qələbəmiz, şanlı zəfərimiz oldu. 

2020-ci ildə yaşadığımız bütövlük qürüru Xankəndi ilə tamlaşdı-3 ilə yaxın idi dostun ürəyində qübar, düşmənin dilində kinayəyə çevrilən Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi. Xankəndinin mərkəzində bayrağımızın ucaldılması dövlətimizin gücünün, qüdrətinin simvoludur. Xankəndidə Azərbaycan əsgərinin fəxrlə addımlaması bütün dünyaya bir mesajdır-bu torpağın, bu elin əsl sahibləri qayıtdı. Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının bayrağını ucaldıb. Dövlət başçısı burada çıxış edərək bütün Azərbaycan xalqını bu  tarixi gün münasibətilə təbrik etmişdir.

Bu əməliiyyatın ardınca cənab prezidentimizin verdiyi  28 noyabr 2023-cü il tarixli sərəncamı  Qarabağ Universitetinin yaranması  daha bir qələbə, tarixi ənənədən qaynaqlanan bir qayıdış idi. Artıq universitet fəaliyyətə başlayaraq, ilk tələbələrini, yüksək intellektual bilikli   gənclərni  qarşılamışdır. Yüksək bal toplayan tələbələrimizin bu seçimi həm onlar üçün, həm də bizlər üçün qürurverici bir hal idi. Tələbələrin hərtərəfli yüksək şəraitlə təmin olunması, əlavə güzəştlərin tətbiq olunması da sevindirici haldır.

20 sentyabr-Dövlət Suverenliyi Gününü dövlət başçısı Xankəndidə qeyd edərək Qarabağ Universitetinin açılışında müəllim və tələbə heyəti qarşısında çıxış etmişdir.Cənab prezident çıxışında  tələbələrə azad Qarabağımızda sizi görmək, yataqxanada, o balkonda   sizin  gülər üzlərinizi  görmək, doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz.

Dövlət başçısı Qarabag Universitetinin yaradılmasını  tarixi hadisə adlandırmışdır. Növbəti üç ildə tədris korpuslarının sayı artacaq, yeni ixtisaslar açılacaqdır.

Bu ali təhsil müəssisəsi tarixi ənənələrimizi yenidən bərpa edəcək, mədəni irsimizi çiçəkləndirəcək. Həmişə öz taninmış, görkəmli şəxsləri ilə fərqlənən Qarabagımız yenidən bu siyahını artıracaq,dünya arenasında öz sözünü deyəcəkdir.

Xuraman Fərzəliyeva,
Bakı şəhəri, Xətai rayonu İlqar Cəfərov adına 260 N-li məktəbin dil-ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı